15 illik təcrübəyə malik ustalarımız və servis xidmətimiz ilə birlikdə, adi kombilərin qızdıra bilmədiyi böyük ölçülü obyektlərin istilik sistemi və daimi isti su ilə təmin olunmasında xidmətinizdəyik.

-Texniki heyyət müştərinin istəyinə uyğun olaraq Qazanxana sisteminin quraşdırılacağı obyektlə yerində   tanış olur.

– İstiliklə təmin olunacaq obyektin qazanxana sisteminin layihəsi hazırlanır.

– İlkin layihə müştəriyə göstərilir və müştərinin istəyinə uyğun olaraq dəyişiklik aparılır.

– Təsdiqlənmiş Qazanxana layihəsinə uyğun olaraq istifadə olunacaq məhsulların adı, istehsalçı ölkəsi, sayı, qiymətinin əks olunduğu təklif “Qiymət cədvəli” müştəriyə təqdim olunur.

– Qiymət cədvəli müştərinin istəyinə uyğun olaraq bir neçə istehsalçı ölkə və marka üzrə hazırlanır. Müştəri tələb etdiyi komfort və keyfiyyətə görə büdcəsinə uyğun olan məhsulda özü sərbəst seçim edir.

– Müştərinin təsdiqindən sonra təyin olunmuş vaxta işə başlanılır.

– Qazanxana sistemi kombi sisteminə nisbətən mürəkkəb sistem olduğu üçün bu sistemdə bir çox istilik sistemləri markası birklikdə istifadə olunur. Hər bir məhsulun zəmanət müddəti fərqli olduğu üçün Qazanxana sistemində texniki quraşdırılmaya ayrı məhsulun özünə ayrı ZƏMANƏT verilir.

Warmhouse şirkəti olaraq Qazanxana sistemlərinin quraşdırılmasında rəsmi nümayəndəsi olduğumuz  İtaliya, Fransa, İngiltərə, Almaniya, Türkiyə, Rusiya, Çin istehsalı məhsullarımızla xidmətinizdəyik.