Firmamız 2001 ci ildə İstilik sistemləri sektorunda satış və xidmət üzrə Bakı şəhərində fəaliyyətə başlayıb, sonra isə qazandığı təcrübə ilə bütün Azərbaycan daxilində bu sektorun irəlidə gedən firmalarından birinə çevrilmişdir. Warm House Türkiyə, İtalya, Polşa və digər avropa ölkələri ilə əməkdaşlıq edərək həmin ölkələrin istilik sistemləri sahəsində tanınmış firmaların istilik sistemlərinə aid bütün aksesuarlarının topdan və pərakəndə satışını təşkil etməkdədir. Biz Warm House olaraq yuxarıda adı çəkilən ölkələrin öndə gələn firmalarının rəsmi distribütoru olmağa haqq qazanmışıq və onları ölkəmizdə layiqincə təmsil edirik.
Qüsursuz iş sistemi ilə satış sonrası, müştərilərimizi mərhələ mərhələ izləyərək, yerində və zamanında xidmət anlayışı və dəqiqliyi ilə müştəri məmnuniyyətini hər zaman ön planda tutmuşuq. Warm House Eviərinizin və hündür mərtəbəli binaların həcminə görə istilik hesabatlarının aparılması, nəmişlik dərəcəsindən asılı olaraq istilik itkilərinin hesabatının aparılması, sistemin yığılması zamanı təcrübəli ustaların sizə yönləndirilməsi və bu kimi digərxidmətləri ilə sizin xidmətinizdədir. Məqsədimiz Siz dəyərli Müştərilərimizin istəklərini doğru təspid edib ən uyğun və sərfəli təklifləri edən, öz sahəsində axtarılan bir firma olmaqdır ki, bunu da bacarmışıq. Günümüzdə insanlarımızın öz evlərində İstilik sisteminə üstünlük verməsi artıq bir dəb halından çıxıb zəruri bir ehtiyaca çevrilmişdir. Bununla əlaqədar olaraq artan bu tələbə yüksək səviyədə cavab verən firmalardan biri olduğumuzu düşünməkdəyik. Warm House bu anlayış ilə daim yenilənən İstilik Sistemləri sahəsində sizə xidmət verməkdən qürur duyar! Bizi seçdiyiniz üçün sizə təşəkkür edirik.